<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Məsihsiz bu dünyada yaşamaq çətin,
 Günahlar içində məhv olardıq biz.
 Qüsursuz və ləkəsiz Quzuya baxaq,
 Onun Qanı ilə xilasa çataq.

[C1]
   Onun lütfü ilə, məhəbbəti ilə,
   Yaşayaq dünyada biz Məsih üçün.
   Məsihə doğru hər an irəli
   Günahlı həyatı ataq, tərk edək.

[V2]
 Hər an Onu düşünək ürəyimizdə,
 Həqiqi həyatı tapaq biz Onda.
 Gəlin, səbrli olaq Rəbbin yolunda,
 Çalışaq qalmayaq qapı ağzında.</lyrics>
<title>Məsihsiz bu dünyada yaşamaq çətin İL489</title>
<hymn_number>489</hymn_number>
</song>